Futbolçu klubla ilkin razılıq əldə etdi

Futbolçu klubla ilkin razılıq əldə etdi
23.06.2025 18:02 İdman

“Liverpul” klubunun futbolçusu Darvin Nunyes karyerasını İtaliyada davam etdirə bilər.

TodayPress TV xarici mətbuata istinadən xəbər verir ki, o, “Napoli” ilə ilkin razılıq əldə edib.

Nunyes “neapolitanlar”ın baş məşqçi Antonio Kontenin rəhbərliyi altında oynamaq istədiyini bildirib.

İlk növbədə A Seriyası çempionunun Mersisayd təmsilçisi ilə anlaşmasıdır. “Liverpul Nunyesin transferindən əhəmiyyətli məbləğ qazanmağı hədəfləyir.

Qeyd edək ki, Darvin Nunyes son mövsüm meydana çıxdığı 47 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər