“Formula-1”də şok qərar gözlənilir: iki yarış ləğv olunur?

İdman

13.03.2026 16:04

“Formula-1” üzrə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərinin bu həftəsonu ləğv ediləcəyi gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə “Crash.net” məlumat yayıb. 

Bildirilir ki, “Formula-1” rəhbərliyi qərarı Çin Qran-prisi zamanı rəsmi şəkildə elan edə bilər.

Yarışların taleyi fevralın 28-də Fars körfəzi regionunda ABŞ və İsrailin İrana qarşı birgə zərbələrindən sonra başlayan hərbi əməliyyatlar səbəbindən sual altında idi. O vaxtdan etibarən FIA və “Formula-1” rəhbərliyi vəziyyəti diqqətlə izləyir və Bəhreyn və Ciddədə yarışların təşkilatçıları, eləcə də yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq edir.

Məlumata görə, Səudiyyə Ərəbistanında yarışın təşkilatçıları mərhələnin ölkədə keçirilməsini mümkün qədər qoruyub saxlamaqda xüsusilə maraqlı olublar.

Qeyd edək ki, Bəhreyn Qran-prisinin 10–12 aprel, Səudiyyə Ərəbistanı Qran-prisinin isə 17–19 aprel tarixlərində keçirilməsi planlaşdırılırdı.

Namiq HUN

TodayPress TV

tag: Formula-1,Bəhreyn ,Səudiyyə Ərəbistanı,Qran-pri,Todaypress.tv,