FIS Azərbaycanın təklifini müsbət qarşıladı
Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Konqresində keçirilən səsvermədə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının quruma tam üzvlüyü qəbul edilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan Qış İdmanı Növləri Federasiyasının 2026-cı ildə Moqul üzrə Dünya Kubokunun final mərhələsinin Azərbaycanda keçirilməsi ilə bağlı FIS-ə ünvanladığı müraciət müsbət qarşılanıb.
FIS tərəfindən yarışın “Şahdağ” Turizm Mərkəzində keçirilməsinə dair qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın təqviminə salınıb.
Qeyd edək ki, Dünya Kuboku 2026-cı ilin 14-15 mart tarixlərində “Şahdağ” Turizm Mərkəzində keçiriləcək.
Namiq HUN