Final öncəsi “Barselona”nın arzusu: “Real”la qarşılaşmaq
“Barselona” klubu İspaniya Superkubokunun finalında “Real”la qarşılaşmaq istəyirdi.
TodayPress TV xəbər verir ki, bu barədə Mundo Deportivo məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “Barselona”nın futbolçuları mövsümün ilk dövründə La Liqada 1:2 hesabı ilə uduzduqları “Real”dan qisas almaq niyyətindədirlər.
“Kral klubu”nun rəhbərliyi də görüşə optimist yanaşır, çünki potensial qələbə “Barselona” azarkeşlərini çox sevindirə bilər.
Qeyd edək ki, İspaniya Superkuboku uğrunda “Barselona” - “Real” komandaları arasında final qarşılaşması yanvarın 11-də keçiriləcək.
Namiq HUN