FIFA referisi iş başında

FIFA referisi iş başında
10.06.2025 14:50 İdman

FIFA referisi Elçin Məsiyev Çexiya – İngiltərə oyununa təyinat alıb.

TodayPress TV xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin I turunda fit sahibi olacaq. 

Məsiyevə laysmanlar Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. 

Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 12-də Dunayska Streda şəhərində yerləşən “DAC Arena”da keçiriləcək B qrupunun matçı saat 23:00-da başlayacaq.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər