FIBA Çempionlar Kubokunda millimizdən böyük qələbə və yarımfinal bileti

İdman

14.03.2026 13:45

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına çıxıb.

TodayPress TV xəbər verir ki, B qrupunda yer alan millimiz İspaniya yığması ilə qarşılaşıb.

Pireney təmsilçisini 16:11 hesabı ilə məğlub edən Azərbaycan komandası yarımfinala vəsiqə qazanıb.

Daha əvvəl millimiz Kanadaya uduzub (10:16), Tailanda isə (21:8) qalib gəlib.

Qeyd edək ki, qadınlardan ibarət 3x3 millimiz, FIBA Çempionlar Kubokunda qrup ikincisi olaraq yarımfinala vəsiqə qazanıb. 

turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.

Namiq HUN

TodayPress TV

tag: Basketbol,FIBA,Kubok,Milli,Todaypress.tv,