“Ferrari” 2026 mövsümünə hazırlıq qrafikindən geri qalır

İdman

12.01.2026 18:01

“Ferrari” komandasında 2026-cı il mövsümünə hazırlıq qrafiki pozulub. 

TodayPress TV Autoracer nəşrinə istinadən xəbər verir ki, səbəb maşının hazırlanmasında seçilən aqressiv texniki yanaşmadır. 

Məlumata görə, Şarl Lekler və Lyuis Hemilton artıq oturacaq ölçülməsindən keçsələr də, şassi rəsmi şəkildə təsdiqlənsə də, yeni bolidin mühərrikinin ilk işə salınması hələ baş tutmayıb. 

Bəzi mənbələr Maranellodakı vəziyyəti xaotik kimi xarakterizə edir. Bununla belə, yaxın vaxtlarda güc qurğusunun stend üzərində ilk sınağının keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, ötən mövsüm yeddiqat dünya çempionu Lyuis Hemilton pilotların şəxsi hesabında 6-cı yeri tutub. Onun komanda yoldaşı Şarl Lekler isə mövsümü 5-ci pillədə başa vurub.

Namiq HUN

TodayPress TV

tag: F1,Ferrari,Hazırlıq,Mövsüm,Todaypress.tv,