Elçin Məsiyev növbəti təyinat aldı

Elçin Məsiyev növbəti təyinat aldı
24.06.2025 09:34 İdman

FIFA referisi Elçin Məsiyev Avropa çempionatının yarımfinalına təyinat alıb.

TodayPress TV xəbər verir ki, Elçin Məsiyev Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsinin İngiltərə – Niderland oyununun ehtiyat hakimi olacaq.

Qarşılaşmanı yunanıstanlı Vassilis Fotias idarə edəcək.

İyunun 25-də Bratislava şəhərində yerləşən Milli Futbol Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya – İngiltərə (1:3) və Gürcüstan – Portuqaliya (0:4) oyunlarının baş hakimi, 1/4 finalın Almaniya – İtaliya (3:2) matçının isə ehtiyat hakimi olub.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər