EJU Elcana dəyər verdi
Avropa Cüdo İttifaqı (EJU) Budapeştdə keçirilən dünya çempionatı öncəsi qüvvələr balansını qiymətləndirib.
TodayPress TV xəbər verir ki, qurum 90 kq çəki dərəcəsində yer alan azərbaycanlı Avropa çempionu Elcan Hacıyevin hazırki durumundan yazıb:
“Zədəsini müalicə edən Hacıyev qayıdıb, döyüşür və formadadır. O, bunu Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanmaqla sübut edib”.
Qeyd edək ki, 90 kq çəkinin əsas favoritləri sırasında gürcüstanlı Laşa Bekauri və yapon Sanşiro Murao kimi təcrübəli cüdoçular yer alıblar.
Namiq HUN