Əfsanənin NHL-dakı vida oyununda duyğulu an

Əfsanənin NHL-dakı vida oyununda duyğulu an
14.06.2025 15:00 İdman

Hokkeyin canlı əfsanəsi Ueyn Qretski maraqlı xatirəsini bölüşüb. 

TodayPress TV TNT Sports-a istinadən xəbər verir ki, o, çexiyalı hücumçu Yaromir Yaqrın onun Milli Hokkey Liqası (NHL) karyerasındakı son oyununda vurduğu qoldan sonra üzr istədiyini bildirib. 

Hadisə 1999-cu ilin 18 aprelində baş verib.

“Son oyunum Yaqrla birlikdə Nyu-Yorkda oldu. O, əlavə vaxtda qol vurdu və məndən üzr istədi. Dedi ki, çox üzgündür. Mən isə “Üzr istəməyə dəyməz, bunun mənim üçün karyeramın gözəl bir sonu olduğunu”, dedim. Mən Yağrın liqamızda olmasına çox şad idim”. 

Xatırladaq ki, Ueyn Qretski NHL-dəki son oyununu “Nyu-York Reyncers”in heyətində “Pittsburq Pinqvinz”ə qarşı keçirib. Matç əlavə vaxtda 1:2 hesabı ilə “Reyncers”in məğlubiyyəti ilə başa çatıb və həlledici qolu məhz Yaromir Yağr vurub.

Namiq HUN

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər