Dünya çövkəni yenidən Bakıda: beynəlxalq turnirə ev sahibliyi edəcəyik
İdman
09.01.2026 15:49
Bu il Bakı çövkən üzrə dünya çempionatına ev sahibliyi edəcək.
TodayPress TV Azərbaycan Atçılıq Federasiyasına istinadən xəbər verir ki, turnir iyunun 1–14-ü aralığında Binə Atçılıq Mərkəzində təşkil olunacaq.
Yarışda Azərbaycanla yanaşı, Malta, Polşa, Özbəkistan, Qazaxıstan, Niger və Nigeriya komandalarının iştirakı təsdiqlənib. Dünya çempionatında iştirakçı komandaların sayının artacağı istisna olunmur. Belə ki, fevral ayında keçiriləcək Argentina çempionatında ilk iki yeri tutan komandalar Bakı mundialına vəsiqə qazanacaqlar. Daha bir iştirakçı isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq.
Qeyd edək ki, Azərbaycan çövkən üzrə dünya çempionatını artıq ikinci dəfə təşkil edəcək. Ölkəmiz ilk dəfə bu nüfuzlu yarışa 2024-cü ildə ev sahibliyi edib.
Namiq HUN
tag: Çövkən ,Bakı ,Azərbaycan Atçılıq Federasiyası,Binə Atçılıq Mərkəzi,Todaypress.tv,
