Doku: “Çempionluq barədə düşünmürük”

İdman

08.01.2026 09:20

“Mançester Siti” klubunun vingeri Jeremi Doku Premyer Liqanın (APL) XXI turunda “Brayton”la ev oyununda qeydə alınan heç-heçə (1:1) ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Doku BBC-yə açıqlamasında bildirib.

“Evdə heç-heçə heç vaxt yaxşı nəticə deyil. Biz narazıyıq. Üç xal qazanmaq istəyirdik. Komanda real qol epizodları yaratmalıdır. Vurulan bir qoldan sonra davamını gətirməkdə çətinlik çəkirik. Əgər bunu etsəydik, hekayə fərqli ola bilərdi, son üç oyunda qələbə qazana bilərdik… Çempionluq uğrunda mübarizə barədə düşünməməyə çalışırıq. Diqqətimizi öz oyunumuza və daha çox qol vurmağa yönəldirik”, - deyə Doku “Mançester Siti”nin APL-də uğursuz seriyasına münasibət bildirib.

“Brayton”la oyunda xal itkisi ispaniyalı mütəxəssis Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda üçün ardıcıl üçüncü heç-heçə olub. “Mançester Siti” 43 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Şəhərlilər” lider “Arsenal”dan beş xal geri qalır və ehtiyatda bir oyunu var.

Namiq HUN

TodayPress TV

tag: Jeremi Doku,Mançester Siti,Klub,Futbol,Todaypress.tv,