Devid Bekhem “Cəngavər” fəxri adına sahib olacaq

Devid Bekhem “Cəngavər” fəxri adına sahib olacaq
06.06.2025 15:00 İdman

Futbol üzrə İngiltərə yığma komandasının sabiq kapitanı Devid Bekhem tezliklə “Ser Devid”, onun həyat yoldaşı Viktoriya Bekhem isə “Ledi Bekhem” kimi tanınacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. 

Devid Bekhemin adı Kral III Çarlzın rəsmi şəkildə elan edəcəyi siyahıya daxil edilib.

O, “Cəngavər” fəxri adına sahib olacaq. Bekhem idman uğurları ilə yanaşı, ictimai fəaliyyəti ilə də bu şərəfə nail olub. UNICEF və Kral Fondunun səfiri olan Devid, uşaqların, səhiyyənin və ətraf mühitin qorunması proqramlarını da dəstəkləyir.

Qeyd edək ki, “Cəngavər” keçmiş yarımmüdafiəçinin indiyə qədər aldığı ən yüksək fəxri ad olacaq.

Namiq HUN

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər