DÇ-2026: İtaliya və Belçikadan ilk qələbə
Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələnin növbəti görüşləri keçirilib.
TodayPress TV xəbər verir ki, I, J və L qruplarında IV turun 6 qarşılaşması baş tutub.
İtaliya millisi seçmə mərhələdə ilk qələbəsini qazanıb. “Skaudra Adzurra” dogma azarkeşlər önündə Moldovaya 2 cavabsız qolla qalib gəlib.
Norveç yığması məğlubiyyətsiz oyunlar seriyasını səfərdə Estoniya üzərindəki minimal hesablı qələbə ilə davam etdirib 1:0.
Çexiya yığması Xorvatiya səfərində 1:5 hesablı məğlubiyyətlə barışıb.
Günün bol qollu matçı Belçikada qeydə alınıb. 7 qolun vurulduğu Belçika - Uels qarşılaşmasında “qırmızı iblislər” qələbəni bayram ediblər 4:3.
Namiq HUN