Uşaqlara "Halloween" bəhanəsi ilə narkotik tərkibli şirniyyat verdilər

Uşaqlara "Halloween" bəhanəsi ilə narkotik tərkibli şirniyyat verdilər
07.11.2026 05:20 Dünya

ABŞ-də "Halloween" bayramı qeyd edilərkən 1-6 yaş arası 15 uşağa tərkibində psilosibin adlı hallüsinogen maddə olan konfet paketləri verilib. 

TodayPress TV xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat yayıb.

Məlumata görə, oktyabrın 31-də uşaqlar Amerika ənənəsinə uyğun olaraq qonşuların evlərini gəzərək konfet toplayıblar. Evlərdən birində onlara saqqızlı konfet paketləri verilib. Uşaqları müşayiət edən valideynlər qeyri-adi qablaşdırmaya diqqət yetirərək şirniyyatların tərkibində qadağan olunmuş maddələrin ola biləcəyini ehtimal ediblər. Onlar polisə müraciət ediblər. Sonradan aparılan analiz konfetlərin tərkibində psilosibinin olduğunu təsdiqləyib. Uşaqlardan hər hansı birinin konfetlərin dadına baxıb-baxmadığı məlum deyil.

Polis iki kişi şübhəlini saxlayıb. Onların evində konfetlərlə yanaşı, narkotik maddələr, qablaşdırma materialları, tüfəng, patronlar və tapança aşkar edilib. Araşdırma davam edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
07 NOYABR 2026
Bütün Xəbərlər