Çempionlardan Antonelliyə sərt cavab: “Bu, xoşbəxt problemdir!”

Çempionlardan Antonelliyə sərt cavab: “Bu, xoşbəxt problemdir!”
06.11.2026 16:40 İdman

İkiqat “Formula-1” çempionu Fernando Alonso və dördqat dünya çempionu Maks Verstappen “Kral yürüşləri”nin hazırkı qalibi Andrea Kimi Antonellinin titul qazandıqdan sonra media qarşısındakı öhdəliklərindən narazı qalmasını şərh ediblər.

TodayPress TV xəbər verir ki, Braziliya Qran-prisi öncəsi keçirilən mətbuat konfransında pilotlar bu barədə fikirlərini bölüşüblər:

Verstappen: “Düşünürəm ki, növbəti gün hələ də sərxoş idim, ona görə də... vəziyyətə uyğun hərəkət edirdim. İlk dünya çempionatını qazananda bu, həmişə çox xüsusi bir hissdir. Təbii ki, ertəsi gün media qarşısında öhdəliklərin olur və bu, dünyadakı ən yaxşı şey deyil. Lakin sən hər zaman titul qazanmağı arzulayırsan və ən əsası budur. Əgər bunun üçün mediaya əlavə bir gün də ayırmaq lazımdırsa... olsun, fərqi yoxdur”.

Alonso: “Xoşbəxt problemdir. 20 il əvvəl indiki qədər kontentimiz və arxamızda belə bir komanda yox idi. Mənim etdiyim tək şey mətbuat konfransında iştirak etmək, zavodu ziyarət etmək və bütün komandaya təşəkkür etmək oldu”.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər