Mübahisədən sonra nə baş verdi? “Qarabağ”dan rəsmi təkzib gəldi!
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Marko Yankoviç və Mateus Silvanı komandadan uzaqlaşdırdığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
TodayPress TV “İdman.Biz”ə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətindən futbolçuların əsas komandadan kənarlaşdırılmadığı bildirilib. Klubun açıqlamasında qeyd olunur:
“Futbolçuların cəzalandırılması ilə bağlı klubdaxili intizam qaydalarına uyğun olaraq müvafiq tədbirlər görülür. Bununla belə, klubdaxili intizam məsələlərinin detalları barədə ictimaiyyətə əlavə məlumat verməyi məqsədəuyğun hesab etmirik”.
Xatırladaq ki, Premyer Liqanın X turu çərçivəsində “Qəbələ” ilə keçirilən matçda (0:0) monteneqrolu yarımmüdafiəçi Marko Yankoviçlə braziliyalı müdafiəçi Mateus Silva arasında söz mübahisəsi yaranmışdı. Baş məşqçi Qurban Qurbanov həmin oyunun fasiləsində hər iki futbolçunu əvəzləmişdi.
Namiq HUN