Trampı ağır "savaş" gözləyir: Bütün cəbhələrdən hücum olacaq

Trampı ağır "savaş" gözləyir: Bütün cəbhələrdən hücum olacaq
06.11.2026 16:27 Dünya

Demokratlar Konqresdə nəzarəti ələ keçirdikdən sonra ABŞ Prezidenti Donald Trampa qarşı icra hakimiyyətinin imtiyazları və məxfilik hüquqları uğrunda genişmiqyaslı hüquqi mübarizəyə hazırlaşırlar.

TodayPress TV xəbər verir ki, Politico nəşrinin məlumatına görə,  Tramp Ağ Evin daxili kommunikasiyalarını, o cümlədən kənar məsləhətçilərlə aparılan müzakirələri Konqresin araşdırmalarından qorumaq üçün geniş məxfilik hüququna istinad edir.

Demokratlar Trampın əfv qərarlarını, ailə bizneslərini, siyasi rəqiblərə qarşı mümkün təqibləri və Ceffri Epşteynlə bağlı sənədlərin idarə olunmasını araşdırmağı planlaşdırırlar.

Politico yazır ki, tərəflər arasında yaranacaq mübahisələr ABŞ Ali Məhkəməsinə qədər gedib çıxa bilər. Bu proses prezidentin məxfilik səlahiyyətləri və Konqresin nəzarət imkanları ilə bağlı uzunmüddətli hüquqi presedentlər yarada bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər