SON DƏQİQƏ: ABŞ-İran müharibəsi başlayır ? - bu tarixdə
ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların yenidən başladılması ehtimalını milli təhlükəsizlik komandası ilə müzakirə edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Fox News” ABŞ administrasiyasının yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Evdə çərşənbə və cümə axşamı keçirilən görüşlərdə İrana qarşı hərbi əməliyyatların bərpası məsələsi müzakirə olunub. Rəsmilər noyabrın 9-da Yaxın Şərqdə yeni Ay fazasının olacağını və gecə saatlarında Ay işığının demək olar ki, olmayacağını bildiriblər. Onların fikrincə, bu şərait hərbi əməliyyatlar üçün əlverişli ola bilər.
Tramp cümə axşamı Oval kabinetdə jurnalistlərə açıqlamasında Vaşinqtonun zərbələrin bərpası ilə bağlı qərar verəcəyini bildirib. O, İranın nüvə proqramının tamamilə sıradan çıxarılmasını və gələcəkdə bərpa olunmasının qarşısının alınmasını istədiklərini vurğulayıb.
ABŞ lideri ölkənin qalan hissəsini dağıtmaq istəmədiyini, lakin zərurət yaranarsa, buna məcbur qala biləcəyini də istisna etməyib.
Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpası üçün hazırlıqları yekunlaşdırır. Bununla belə, ABŞ rəsmisinin sözlərinə görə, komandanlığa Vaşinqtondan hələlik yeni göstəriş daxil olmayıb.
Jalə Rövşən