Prokuror Kamran Əsədova cəza istədi

Prokuror Kamran Əsədova cəza istədi
06.11.2026 16:55 Sosial

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsində təqsirləndirilən Kamran Əsədov və Gündüz Abbasovun barələrindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda K.Əsədov və G.Abbasov son sözlə çıxış ediblər.

Kamran Əsədov elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini deyib. Gündüz Abbasov isə özünü qismən təqsirli bildiyini söyləyib.

İmtahan qaydalarını pozmaqda ittiham olunanlar: Kamran Əsədov və Gündüz Abbasovun cinayət işi

Daha sonra dövlət ittihamçısı çıxış edib.

Prokuror Kamran Əsədovun 3 il, Gündüz Abbasovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Proses noyabrın 20-də davam etdiriləcək.

TodayPress TV 

XƏBƏR LENTİ
06 NOYABR 2026
Bütün Xəbərlər