Bu gün Azərbaycan Basketbol Liqasında XII turun son oyunu keçiriləcək
Azərbaycan Basketbol Liqasında XII tura bu gün yekun vurulacaq.
TodayPress TV xəbər verir ki, sonuncu matçda "Gəncə" "Abşeron Lions"un qonağı olacaq.
Qarşılaşma saat 15:00-da start götürəcək.
"Abşeron Lions" A qrupunsa 21 xalla ikinci, "Gəncə" 15 xalla dördüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Ordu" "Quba"nı (116:111), "Lənkəran" "Sərhədçi"ni (72:69), "Naxçıvan" "Sumqayıt"ı (97:80), "Sabah" NTD-ni (121:76), "Neftçi" "Şəki"ni (82:60) üstələyib.