Böyük dəyişiklik yoldadır — NBA genişlənməyə hazırlaşır
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) idarə heyəti liqanı iki yeni komanda ilə genişləndirməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə İnsayder Bred Taunsend məlumat yayıb.
Onun sözlərinə görə, NBA İdarə Heyəti yay aylarında liqanın iki komanda ilə genişləndirilməsi məsələsini səsverməyə çıxara bilər.
Əsas namizədlər kimi “Las-Veqas” və “Sietl” komandaları göstərilir.
Hazırda NBA-da 30 komanda çıxış edir.
Namiq HUN