“Bornmut”dan "şəhərlilər"ə tarixi Semenyon transferi
İdman
10.01.2026 13:15
“Bornmut”dan transfer olunan Antuan Semenyon “Mançester Siti” tarixinin ən bahalı dördüncü futbolçusu olub.
TodayPress TV xəbər verir ki, futbolçunun keçidi “şəhərlilər”ə 72,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, Mançester təmsilçisinin ən bahalı futbolçusu 117 milyon avroya transfer edilən Cek Qrilişdir. İkinci pillədə 90 milyon avroya alınan müdafiəçi Yoşko Qvardiol olub. Trionu isə 2015-ci ildə 75 milyon avroya “Mançester Siti”yə qoşulan Kevin De Brüyne təşkil edib.
Xatırladaq ki, Semenyo ilə 5,5 illik müqavilə imzalanıb. Qanalı futbolçu İngiltərənin “Çelsi”, “Tottenhem”, “Liverpul” və “Mançester Yunayted” kimi tanınmış klublardan aldığı təklifləri rədd edərək Pep Qvardiolanın rəhbərliyi altında çıxış etməyi üstün tutub.
25 yaşlı Antuan Semenyon “Bornmut”un heyətində cari mövsüm meydana çıxdığı 19 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Antuan Semenyon,Mançester Siti,Bornmut,Transfer,Todaypress.tv,
