Boksçularımız beynəlxalq turnirdə 8 qızıl medal qazanıb
Rusiyanın Belebey şəhərində məktəbli boksçular arasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş beynəlxalq turnir keçirilib.
TodayPress TV xəbər verir ki, yarışda Azərbaycan millisi də mübarizə aparıb.
Yığmamız turniri 8 qızıl medalla başa vurub. Komandamızın heyətində Onur Qurbanov (38 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Elcan Musazadə (50 kq), Məhəmməd Əli (52 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq) və Yusif Ağakişiyev (80 kq) qalib adına yiyələnib.
Namiq HUN