Böhran dərinləşir: “Nottingem Forest” üçüncü məşqçini də qovdu
İdman
12.02.2026 09:20
İngiltərənin “Nottingem Forest” klubu baş məşqçi Şon Dayç ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi bəyanatında bildirilir:
“Nottingem Forest” futbol klubu Şon Dayçın baş məşqçi vəzifəsindən azad edildiyini təsdiqləyir. Şona və onun məşqçi heyətinə klubda gördükləri işə görə təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Hazırda əlavə şərh verilməyəcək”.
Qeyd edək ki, cari mövsüm “Nottingem Forest” artıq üçüncü baş məşqçisini istefaya göndərib. Bundan əvvəl klub Nunu Eşpiritu Santu və Angelos Postekoqlu ilə əməkdaşlığa son qoymuşdu.
Hazırda komanda İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci pillədə qərarlaşıb və aşağı liqaya düşmə təhlükəsi ilə üz-üzədir.
Namiq HUN
tag: “Nottingem Forest”,Şon Dayç ,Baş məşqçi,İngiltərə Premyer Liqası,Todaypress.tv,
