Biatlon məşqi zamanı uşaq xəsarət aldı

Biatlon məşqi zamanı uşaq xəsarət aldı
03.10.2025 11:07 İdman

Kamçatkada biatlon kompleksində məşq zamanı uşaq xəsarət alıb. 

TodayPress TV xəbər verir ki, hadisə barədə “Kamçatka-Inform” agentliyi məlumat yayıb.

Bildirilir ki, 11 yaşlı qız pnevmatik tüfəngdən atəş açaraq təsadüfən həmyaşıdının gözünə xəsarət yetirib. Hadisə Petropavlovsk-Kamçatsk şəhərinin biatlon kompleksində baş verib.

“11 yaşlı qız ehtiyatsızlıq səbəbindən pnevmatik silahdan atəş açıb, nəticədə həmyaşıdı sağ gözündən xəsarət alıb”, – deyə prokurorluq nümayəndəsi bildirib.

Hazırda Kamçatka prokurorluğu hadisə ilə bağlı yoxlama aparır. Təlim zamanı təhlükəsizliyə cavabdeh şəxslərin fəaliyyəti də qiymətləndiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər