Bellinqem Vinisiusu müdafiə etdi
İdman
08.01.2026 09:10
Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellinqem klubun hücumçusu Vinisius Junior barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
İngilis yarımmüdafiəçi Vinisiusun “Real” üçün problem olmadığını bildirib. Bellinqem braziliyalı futbolçunun pozitiv olduğunu və komandaya maneə yaratmadığını vurğulayıb.
“Vinisiusu hər gün görürəm - o, hələ də maksimum dərəcədə pozitivdir. O, nə komandaya, nə də qurmağa çalışdığımız sistemə heç bir zərər vermir. Vinisiusla münasibətim əladır. Əgər onun kollektivə mane olduğunu hiss etsəydim, bunu mütləq ona deyərdim. Amma mən belə düşünmürəm… Baş məşqçiyə gəlincə isə, hamımız onu 100% dəstəkləyirik”, - deyə Bellinqem bildirib.
Qeyd edək ki, daha əvvəl Vinisiusun “Real”dan ayrılmasının mümkün olduğu bildirilmişdi. Forvard cari mövsümdə 25 oyunda iştirak edib, 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Cud Bellinqem,Vinisius Junior,Real Madrid,Klub,Todaypress.tv,
