Batut gimnastikası üzrə Azərbaycan komandası gümüş medal qazandı
III MDB Oyunlarında batut gimnastikası üzrə yarışın ikinci günündə qadın, kişi və qarışıq cütlüklərin sinxron proqramda təsnifat mərhələsi yekunlaşıb.
Azərbaycan Gimnastika Federasiyasından TodayPress TV-yə verilən məlumata görə, ölkəmiz sinxron proqramda üç kateqoriyada təmsil olundu: qadın cütlüklər – Selcan Mahsudova və Şəfiqə Hümbətova, kişi cütlük Maqsud Mahsudov və Hüseyn Abbasov, qarışıq cütlük – Selcan Mahsudova və Maqsud Mahsudov.
Komanda hesabında baş tutan mükafatlandırma mərasimində təmsilçilərimiz Maqsud Mahsudov, Mehdi Əliyev, Nicat Mirzəyev və Hüseyn Abbasov gümüş medalın sahibi oldular.