“Barselona”ya zərbə: Reşford kritik oyundan kənarda qaldı
İdman
11.02.2026 16:28
“Barselona”nın hücumçusu Markus Reşford zədə səbəbindən İspaniya Kuboku matçını buraxacaq.
TodayPress TV xəbər verir ki, klubun rəsmi açıqlamasına əsasən, futbolçu fevralın 12-də keçiriləcək İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyununda Madrid “Atletiko”suna qarşı meydana çıxa bilməyəcək.
Bildirilib ki, Markus Reşford “Kamp Nou”da “Malyorka”ya qarşı keçirilən matçda aldığı zərbədən sonra sol diz nahiyəsində ağrılar hiss edir. O, qarşıdakı kubok görüşünü qaçıracaq.
Qeyd edək ki, “Barselona” İspaniya çempionatının XXIII turunda “Malyorka”nı (3:0) məğlub edib. Reşford həmin qarşılaşmada 67-ci dəqiqədə əvəzlənib.
Cari La Liqa mövsümündə 28 yaşlı hücumçu 21 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib. İspaniya Kubokunda 3 matçda 1 qol və 1 assistlə yadda qalıb. UEFA Çempionlar Liqasında isə 8 oyunda meydana çıxaraq 5 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Namiq HUN
tag: Barselona,Markus Reşford,İspaniya Kuboku,UEFA,Todaypress.tv,
