“Barselona” Ter Ştegenlə yolları ayırmağa hazırlaşır

“Barselona” Ter Ştegenlə yolları ayırmağa hazırlaşır
07.06.2025 18:07 İdman

“Barselona” klubu 33 yaşlı alman qapıçı Mark-André Ter Ştegenə mövcud müqaviləni vaxtından əvvəl ləğv etmək üçün onun bir illik maaşını ödəməyi təklif etməyə hazırlaşır. 

TodayPress TV xəbər verir ki, bu barədə Sport.es nəşri məlumat yayıb.

Bildirilir ki, Ter Ştegenin klubla olan müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Lakin klub rəhbərliyi onunla yolları ayırmaq niyyətindədir və müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv etmək üçün futbolçunun razılığını almağa çalışır.

Mənbənin məlumatına görə, alman qapıçının bu təklifi qəbul etməsi çətin görünür. Çünki o, daha əvvəl dəfələrlə “Barselona”da karyerasını davam etdirmək istədiyini açıq şəkildə bəyan edib.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər