Bakıda zəfər yürüşü davam edir: Milli komandamızdan yeni medallar gözlənilir!
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında növbəti yarış günü həyəcanı yaşanır.
TodayPress TV xəbər verir ki, turnirin beşinci günündə Azərbaycan milli komandasının 4 cüdoçusu mübarizəyə qoşulacaq.
Cüdoçularımız qadınlar arasında 70 kq, kişilər arasında isə 90 kq çəki dərəcələrində medal uğrunda yarışacaqlar.
Çəkisi 70 kq-dək olan qadın cüdoçuların turnirində Südabə Ağayeva mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi İspaniya cüdoçusu Ai Tsunoda Roustant olacaq.
Çəkisi 90 kq-dək olan kişi cüdoçuların yarışında isə tatamiyə 3 idmançımız çıxacaq. 1/32 final mərhələsində Elcan Hacıyev ABŞ təmsilçisi Aleksander Knaufla, Süleyman Şükürov isə Norveç cüdoçusu Kornelius Eylertsenlə üz-üzə gələcək. Digər təmsilçimiz Murad Fətiyev mübarizəyə 1/16 finaldan qoşulacaq. O, Yahor Varapayev (Belarus) - Teodoros Tselidis (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Namiq HUN