ABŞ-dən İrana qarş zərbə planı - Vaxt bəlli oldu
Ağ Ev Pentaqondan noyabrın 3-də keçiriləcək Konqres seçkilərindən əvvəl İrana zərbələr endirmək üçün mümkün variantların hazırlanmasını istəyib.
TodayPress TV xəbər verir ki, “The Atlantic” iki administrasiya rəsmisinə istinadən yazıb. Məlumata görə, Donald Tramp seçkilərə qədər yanacaq qiymətlərinin aşağı salınmasına və İranla münaqişədə irəliləyiş əldə edildiyini göstərməyə çalışır.
Mümkün zərbələrin miqyası və hədəfləri hələ müzakirə olunur. Planların ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən hazırlandığı bildirilir.
Mənbələrin sözlərinə görə, əməliyyatın yanacaq qiymətlərinə necə təsir edəcəyi və seçkilərə qədər bunun nəticə verib-verməyəcəyi hələlik dəqiq deyil.
Kübra Musayeva