Sirk yoxdur, bəs bu vəhşi heyvan haradandır? - Almaniyanı ayağa qaldıran puma

Sirk yoxdur, bəs bu vəhşi heyvan haradandır? - Almaniyanı ayağa qaldıran puma
08.10.2026 05:20 Dünya

Almaniya polisi Münhen hava limanından uzaqda olmayan Bavariyanın Nötsinqer-Moos rayonunun sakinlərinə pumanın görünə biləcəyi barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Hakimiyyət sakinləri ehtiyatlı olmağa, uşaqları və kiçik ev heyvanlarını küçəyə buraxmamağa çağırıb.

Xəbərdarlıq ərazidə iri yırtıcının görüldüyü barədə bir neçə məlumat daxil olduqdan sonra verilib. Yerli hakimiyyət nümayəndəsi bildirib ki, ilkin qiymətləndirmələrə əsasən, bu, puma ola bilər.

Hakimiyyət orqanları pumanın Münhen ətrafında haradan peyda ola biləcəyini hələ müəyyən edə bilməyib.

Onların məlumatına görə, hazırda ərazidə heyvanın qaçmış ola biləcəyi heç bir sirk fəaliyyət göstərmir.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər