Başqırdıstan, Sterlitamak: Ukraynanın hücumu davam edir - VİDEO
Oktyabrın 8-nə keçən gecə Rusiyanın Başqırdıstan Respublikasının Salavat şəhərinə dron hücumu edilib.
TodayPress TV xəbər verir ki, hücumdan sonra şəhərdə bir neçə partlayış səsi eşidilib.
Ardınca böyük neft emalı müəssisəsi olan “Qazprom Neftekhim Salavat” zavodunda yanğın baş verdiyi bildirilir.
"OSINT" və monitorinq kanallarının məlumatına görə, yerli sakinlər zavoda hücum edildiyini bildiriblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidən güclü alov və tüstünün yüksəldiyi görünür.
Məlumata görə, Salavat şəhəri Ukrayna sərhədindən təxminən 1400 kilometr məsafədə yerləşir.
Hadisə zamanı zavoda dəyən zərərin miqyası ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Türkan İsgəndərli