15 dəqiqə ürəyi dayandı, möcüzəvi şəkildə sağ qaldı
Böyük Britaniyada yaşayan gənc narkotik maddə qəbul etdikdən sonra ürəyi 15 dəqiqə dayanmasına baxmayaraq, sağ qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.
Hadisə zamanı gəncin 17 yaşlı qardaşının gözü qarşısında insult keçirdiyi, daha sonra isə ürəyinin dayandığı bildirilir.
Qardaşı təcili tibbi yardım xidmətinə zəng edib və həkimlər gələnə qədər ona yardım göstərib. Zərərçəkən ürəyinin dayandığı vaxt keçirdiyi hissləri dərin yuxuya bənzədib. Onun sözlərinə görə, heç bir işıq görməyib, əksinə, ətrafında tam boşluq olub.
Hadisə yerinə gələn tibb işçiləri gəncə dərman verməyə çalışsalar da, ilk cəhd uğursuz olub. Dərman təsir göstərdikdən sonra onun nəbzi bərpa edilib. Bundan sonra gənc təxminən dörd həftə komada qalıb.
Hazırda zərərçəkən sağalır və tədricən əvvəlki həyatına qayıdır. O, hadisədən sonra qadağan olunmuş maddələrdən istifadəni dayandırıb.
Aysel Mətləb