İstanbulda hündürmərtəbəli bina çökdü: Dağıntılar altında qalanlar var - VİDEO

İstanbulda hündürmərtəbəli bina çökdü: Dağıntılar altında qalanlar var - VİDEO
08.10.2026 08:45 Dünya

İstanbulun Maltəpə rayonunun Cevizli məhəlləsində 6 mərtəbəli bina çöküb.

TodayPress TV xəbər verir ki, hadisə oktyabrın 8-də səhər saat 06:00 radələrində Doğu küçəsində baş verib.

İlkin məlumata görə, bina aşağı mərtəbənin üzərinə çöküb və yana doğru əyilib.

Hadisədən sonra binada insanların köməksiz vəziyyətdə qaldığı bildirilib. Əraziyə çox sayda xilasedici, yanğınsöndürən, polis və tibbi yardım əməkdaşları göndərilib.

Yanğınsöndürənlər binanın yuxarı mərtəbələrində qalan sakinləri xüsusi nərdivan vasitəsilə təxliyə ediblər. Dağıntılar altında qalan şəxslərin olub-olmadığını müəyyənləşdirmək üçün axtarış-xilasetmə işləri davam edir.

Binanın tamamilə çökməsi ehtimalına qarşı ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Xəsarət alanların və dağıntılar altında qalan şəxslərin sayı ilə bağlı məlumatların rəsmi açıqlamadan sonra dəqiqləşdiriləcəyi gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər