Masada qalan sirli zərf: “Qızıl top” tarixinin ən qaranlıq kadr arxasI!
“France Football”ın keçmiş baş redaktoru “Qızıl top” təqdimatından əvvəl rüşvət cəhdindən danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, “France Football” nəşrinin keçmiş baş redaktoru və 2023-cü ilə qədər “Qızıl top” mükafatının rəhbəri olmuş Paskal Ferre menecerlərdən birinin ona rüşvət vermək cəhdindən bəhs edib.
“Bəli, bu həqiqətdir, bir menecer mənimlə görüşmək istədi. Onun müştərisi, əlbəttə ki, namizədlər arasında idi. Menecer onun uğurlarından danışıb məni namizədinin üstünlüklərinə inandırmağa çalışdıqdan sonra, sitat gətirirəm, onun namizədliyini münsiflər heyətinin üzvlərinə “satmağı” xahiş etdi. Mən, təbii ki, imtina etdim.
Daha sonra zəngə cavab vermək üçün masadan bir az aralanmalı oldum. Qayıdanda menecer artıq getmişdi, lakin masanın üzərində zərf var idi. Zərfi götürüb qəbul şöbəsinə apardım. İçində nə olduğunu bilmirəm. Doğrusu, sonra bu menecerlə bir neçə dəfə də qarşılaşdım, lakin o, heç vaxt həmin zərfi və ya onun içində nə olduğunu xatırlatmadı”, - deyə Ferre bildirib.
Xatırladaq ki, 2026-cı il üzrə “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da, Londonda keçiriləcək. Bu tədbir tarixdə yubiley - 70-ci mərasim olacaq.
Namiq HUN