Azərbaycanın UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” klubu Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Kopenhagen”i məğlub edərək Azərbaycanın UEFA reytinqindəki əmsalını artırıb.
TodayPress TV xəbər verir ki, Bakıda Danimarka klubu üzərində 2:0 hesablı qələbə ölkəmizin reytinqinə daha 0.500 əmsal əlavə edib.
Əmsalını 22.000-ə çatdıran Azərbaycan əvvəlki kimi 25-ci sırada yer alıb.
Serbiya 22.375 xalla 24-cü, aktivində 21.375 xalı olan Slovakiya isə 26-cı pilldə qərarlaşıb.
UEFA reytinqinə 97.117 əmsalla İngiltərə başçılıq edir.
Namiq HUN