İranın silah istehsalında REKORD ARTIM
İran silah istehsalı güclərini ABŞ ilə münaqişədən əvvəlki dövrlə müqayisədə 2,5 dəfə artırıb.
TodayPress TV xəbər verir ki, bu barədə İslam Respublikasının Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Talainik bildirib.
"Müdafiə silahları sahəsində istehsal gücləri müharibədən əvvəlki göstəriciləri 2,5 dəfə üstələyən səviyyəyə çatıb", - deyə o vurğulayıb.
Qurum nümayəndəsinin sözlərinə görə, özəl sektorun iştirakı ilə bəzi silah növlərinin istehsalı üç dəfədən çox artıb:
"Əgər düşmən öz səhv hesablamalarını yenidən təkrar etmək və yoxlamaq istəsə, daha müasir silah və texnika ilə qarşılaşacaq və daha sərt cavab alacaq".
Aysel Mətləb