Dünya voleybolunun ulduzları Azərbaycanda: “Turan” tarixi matça hazırlaşır!

Dünya voleybolunun ulduzları Azərbaycanda: “Turan” tarixi matça hazırlaşır!
06.10.2026 15:41 İdman

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək qadın voleybolçulardan ibarət “Turan” klubu mövsümöncəsi hazırlığının son mərhələsini keçirir.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yay fasiləsində heyətini bir sıra iddialı transferlərlə gücləndirib. Koreya, Kuba, Yaponiya, Serbiya, Slovakiya və Çin voleybol məktəblərinin tanınmış nümayəndələri ilə yanaşı, Azərbaycan millisinin aparıcı simaları da “Turan”ın uğurları üçün mübarizə aparacaqlar.

Baş məşqçi Ziya Rəcəbovun rəhbərlik etdiyi kollektivin təlim-məşq toplanışının əsas mərhələləri İtaliyanın Misano və Yunanıstanın Santorini şəhərlərində baş tutub. Hazırlıq çərçivəsində gərgin məşqlərlə yanaşı, yoxlama oyunları da keçirilib. Daha sonra İstanbulda toplanışı davam etdirən komanda Avropanın iddialı klublarından olan “Fənərbağça” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.


Təcrübəli heyət formalaşdıran baş məşqçi Ziya Rəcəbov toplanışın gedişi və hədəflər barədə danışıb:

“Avropada təlim-məşq toplanışımız qənaətbəxş keçdi. Hazırlıq planına uyğun olaraq həm Bakıda, həm də Tovuzda yoxlama oyunları nəzərdə tutulub. Heyəti təcrübəli voleybolçulardan qurmaq şəxsi seçimim idi. Çünki Çempionlar Liqasında təcrübəli oyunçularla mübarizə aparmağın daha doğru olduğunu düşünürəm. Bizi gərgin və çətin oyun gözləyir, rəqib böyük təcrübəyə malikdir. Hədəfimiz mərhələni adlayaraq qrup mərhələsinə vəsiqə qazanmaqdır”.

Hazırda toplanışın son mərhələsi klubun Zaqulbada yerləşən Təlim-Tədris Mərkəzində davam edir.

Qeyd edək ki, “Turan” Çempionlar Liqası çərçivəsində oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın “Mladost-Zaqreb” klubunu qəbul edəcək.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Dünya voleybolunun ulduzları Azərbaycanda: “Turan” tarixi matça hazırlaşır! — 1
Dünya voleybolunun ulduzları Azərbaycanda: “Turan” tarixi matça hazırlaşır! — 2
Dünya voleybolunun ulduzları Azərbaycanda: “Turan” tarixi matça hazırlaşır! — 3
Dünya voleybolunun ulduzları Azərbaycanda: “Turan” tarixi matça hazırlaşır! — 4
Dünya voleybolunun ulduzları Azərbaycanda: “Turan” tarixi matça hazırlaşır! — 5
Dünya voleybolunun ulduzları Azərbaycanda: “Turan” tarixi matça hazırlaşır! — 6
Dünya voleybolunun ulduzları Azərbaycanda: “Turan” tarixi matça hazırlaşır! — 7
Dünya voleybolunun ulduzları Azərbaycanda: “Turan” tarixi matça hazırlaşır! — 8
XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər