Azərbaycanın U-21 millisi yoxlama oyununda Belarusla qarşılaşdı

Azərbaycanın U-21 millisi yoxlama oyununda Belarusla qarşılaşdı
04.06.2025 22:45 İdman

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama görüşü keçirib.

TodayPress TV xəbər verir ki, təmsilçimiz Baranoviçi şəhərində bu ölkənin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Yığmanın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.

Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 millimiz iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər