Azərbaycanın qızıl ümidi yarışa qoşulur: Kotsoyevin ilk sınağı!
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında mübarizə davam edir.
TodayPress TV xəbər verir ki, mundialın altıncı yarış günündə Azərbaycan millisinin liderlərindən biri olan Zelim Kotsoyev tatamiyə çıxacaq.
Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu və 2024-cü ilin dünya birinciliyinin qalibi olan Kotsoyev 100 kq-dək çəki dərəcəsində qələbə uğrunda mübarizəyə qoşulacaq.
Təmsilçimiz yarışdakı ilk görüşünə 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Türkmənistan cüdoçusu Baymırat Majanov olacaq.
Namiq HUN