Maduro və həyat yoldaşını neçə illik həbs gözləyir?
ABŞ prokurorları devrilmiş Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Seliya Floresə qarşı yeni ittihamlar irəli sürüblər.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, onlar siyasi rəqiblərə və ABŞ vətəndaşlarına işgəncə vermək məqsədilə sui-qəsddə ittiham olunurlar. Daha əvvəl Maduroya qarşı narkotik alveri ilə bağlı ittihamlar irəli sürülmüşdü.
63 yaşlı Maduro və 69 yaşlı həyat yoldaşı yanvarın 3-də ABŞ hərbçiləri tərəfindən Karakasdakı evlərində saxlanılaraq ABŞ-yə aparılıblar. Hazırda hər ikisi ABŞ-də həbsdə saxlanılır.
Məlumata görə, ittihamlar üzrə təqsirli bilinəcəkləri təqdirdə onlara verilə biləcək minimum ümumi həbs cəzası 50 ildir.
Məhkəmə prosesinin gələn il başlanması gözlənilir.
Kübra Musayeva