Günəşdə yayın sonundan bəri ən güclü partlayış - Yerə təsir edə bilər

Günəşdə yayın sonundan bəri ən güclü partlayış - Yerə təsir edə bilər
09.10.2026 05:20 Dünya

Günəşdə M6.7 sinifli güclü partlayış qeydə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alimlərin məlumatına görə, bu, yayın sonundan bəri Günəşdə qeydə alınan ən güclü partlayışdır. Partlayış Günəş diskinin mərkəzinə kifayət qədər yaxın ərazidə baş verib və Yerə təsir göstərə bilər.

Lakin hazırda partlayış dalğalarının və maddə hərəkətinin Yer istiqamətində yönəldiyi müşahidə olunmur.

Laboratoriyanın məlumatına görə, bundan əvvəl güclü partlayış avqustun 25-də qeydə alınıb. Həmin vaxt partlayışa M6.9 səviyyəsi verilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər