Futbol dünyasını kövrəldən aksiya: “Zalaeqerseq”dən alqışlanacaq addım!

Futbol dünyasını kövrəldən aksiya: “Zalaeqerseq”dən alqışlanacaq addım!
09.10.2026 09:26 İdman

Macarıstanın “Zalaeqerseq” futbol klubu milli çempionatın növbəti turunda “Nyiredxaza”ya qarşı keçiriləcək matç üçün gözlənilməz addım atıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Komanda start heyətini futbolçuların əvəzinə itlərin şəkilləri və ləqəbləri ilə elan edib.

Bu addım kimsəsiz itlər üçün nəzərdə tutulan sığınacaqlara dəstək aksiyası çərçivəsində həyata keçirilib. “Zalaeqerseq” klubunun rəhbərliyi bu yolla sahibsiz heyvanlar problemrinə diqqət çəkməyi və onların yeni ailələrə qovuşması təşəbbüsünü dəstəkləməyi hədəfləyib.

Namiq HUN

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər