Velosipedlə finişə doğru: Şəxsi rekord iddiası fırıldaq çıxdı!
Berlində keçirilən idman tədbirində gözlənilməz fırıldaqçılıq faktının üstü açılıb.
TodayPress TV “Le Figaro” nəşrinə istinadən xəbər verir ki, çinli fitnes-bloqer Sun Yuanyuan Berlin marafonunun müəyyən hissəsini velosipedlə qət etdiyini etiraf edib.
Qayda pozuntusu yarışda dürüstlüyə nəzarət edən “Official Marathon Time Integrity Unit” qeyri-rəsmi müşahidə qrupu tərəfindən aşkar olunub.
Marafona qatılan bloqer finişə çatdıqdan sonra 4 saat 53 dəqiqə 46 saniyəlik şəxsi rekord müəyyənləşdirdiyini bildirib və qazandığı medalın fotosunu paylaşıb.
Qeyd edək ki, buillik Berlin marafonunun rəsmi zaman limiti 6 saat 15 dəqiqə təşkil edirdi.
Lakin sosial şəbəkə istifadəçilərinin diqqəti sayəsində yalanın üstü açılıb. İstifadəçilər distantasiyanın 38-ci kilometrliyində bloqerə bənzəyən bir qadının velosiped sürdüyü fotoları paylaşıblar. Daha sonra onun hərəkət qrafiki analiz edilib və 35-ci ilə 40-cı kilometrlər arasında qeyri-adi sürətlənmə qeydə alınıb.
Səhhətində yaranan problemi bəhanə gətirən Sun Yuanyuan əməlindən peşman olduğunu bildirib, ictimaiyyətdən üzr istəyərək addımının marafon ruhuna zidd olduğunu etiraf edib.
Hadisədən sonra çinli блогер yarışdan diskvalifikasiya olunub, onun sponsoru olan “Brooks” brendi isə müqaviləni birtərəfli qaydada ləğv edib.
Namiq HUN