Azərbaycan tərəfinin etirazından sonra proqram yeniləndi

Azərbaycan tərəfinin etirazından sonra proqram yeniləndi
09.02.2026 16:36 İdman

XXV Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə yarışları zamanı Ermənistan tərəfinin separatçı addımı qalmaqala səbəb olduqdan sonra Beynəlxalq Konkisürmə Birliyi (ISU) məsələyə münasibət bildirib.

TodayPress TV İdman.Biz-ə istinadən xəbər verir ki, Azərbaycan tərəfinin haqlı etirazından sonra ISU məsələni araşdıraraq rəsmi proqram siyahısında dəyişiklik edib və saxtakarlığın aradan qaldırıldığını açıqlayıb.

Qurum bildirib ki, məsələ bütün maraqlı tərəflərlə birlikdə nəzərdən keçirilib.

Xatırladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsi erməni cütlüyü Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda “Arsax” adlı musiqidən istifadə etməsinə etiraz etmişdi.

Beynəlxalq Konkisürmə Birliyi bu seçimin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğunu vurğulayıb. Bəyanatda Olimpiya Oyunlarının sülh, dostluq və qarşılıqlı hörmət rəmzi olduğu qeyd edilib.

Etirazdan sonra ISU-nun rəsmi saytında musiqinin adı dəyişdirilib. Hazırda proqramda əsərin adı göstərilmir və yalnız “Ara Gevorgyanın musiqisi” kimi qeyd olunur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər