Azərbaycan güləşçiləri Avropa çempionatında yeni zəfər axtarır
İdman
13.03.2026 10:27
Serbiyada keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, yarışın 5-ci günündə Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.
Zrenyanin şəhərində təşkil olunan turnirin təsnifat mərhələsində Fərid Sadıqlı (55 kq) çexiyalı Filip Bartoşiklə, İlkin Qurbanov (63 kq) türkiyəli Enes Ülkü ilə, Rəvan Nuriyev (77 kq) belaruslu Kiril Valevski ilə, Ayxan Mərdanov (130 kq) yunanıstanlı Axilles Xrisidislə qarşılaşacaq.
Səid Axundzadə (87 kq) isə 1/8 final mərhələsində rumıniyalı Patrik Yulian Qordanla üz-üzə gələcək.
Qadın güləşçilərin yarışında Ruzanna Məmmədova (62 kq) qızıl medal uğrunda final görüşünə çıxacaq. O, həlledici qarşılaşmada rusiyalı Amina Tandelova ilə baş mükafat uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.
Namiq HUN
tag: U-23,Güləş,Serbiya,Çempionat,Todaypress.tv,
