Azərbaycan cüdo hakimi dünya çempionatına təyinat aldı
Azərbaycan tarixində ilk dəfə cüdo hakimi dünya çempionatına təyinat alıb.
TodayPress TV Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk dəfə hakimimiz böyüklər arasında dünya çempionatında tatamiyə çıxacaq.
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək mundialda ACF-nin hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, dünya çempionatı 13-20 iyun aralığında baş tutacaq.
Namiq HUN