Azərbaycan çempionu mundialda üçüncü oldu

Azərbaycan çempionu mundialda üçüncü oldu
14.06.2025 14:00 İdman

Londonda şahmat üzrə komandalar arasında keçirilən rapid üzrə dünya çempionatı başa çatıb.

TodayPress TV xəbər verir ki, azərbaycanlı qrossmeyster Rauf Məmmədovun yer aldığı “Freedom” komandası 17 xalla çempionatın bürünc mükafatını qazanıb. 

Məmmədov turnirdə keçirdiyi altı oyunun ikisində qələbə qazanıb, birində heç-heçə edib, üç görüşdə isə məğlub olub.

Qeyd edək ki, qrossmeyster Şəhriyar Məmmədyarovun şərəfini qoruduğu “Generation XYZA” komandası isə 15 xalla dünya çempionatında 8-ci yeri tutub. 

Məmmədyarov turnirdə keçirdiyi 12 oyunda 8 qələbə qazanıb. 

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər